SOLARLUX SL 20e markalı tam şüşəli sürmə sistemi terrasınızı külək və digər qeyri-mülayim hava şəraitindən müdafiə edəcəkdir. Onu həmçinin otaqlar arasında arakəsmə qismində də istifadə etmək mümkünndür. Sistemin şüşə qanadları iki, üç, dörd və ya beş istiqamətləndirici üzrə hərəkət edə bilər.
Texniki məlumat
Şaquli profilə malik olmayan şüşə qanadları maksimal şəffaflığı təmin edir
Çarxlar aşağı istiqamətləndiricidə gizlədilmişdir
Sifarişçinin istəyindən asılı olaraq, açar mexanizminin quraşdırılması da mümkündür
Qapı kandarı yoxdur. Aşağı istiqamətləndirici döşəmə ilə eyni səviyyədə yerləşir
Quraşdırılmış su çəkmə sistemi
Razılaşma yolu ilə, digər sistem konfiqurasıyaları da tətbiq oluna bilər
Şüşələmə: qalınlığı 8 mm və ya 10 mm təşkil edən temperli şüşə
Şüşə qanadının maksimal ölçüləri: hündürlüyü – 260 sm, eni – 165 sm, çəkisi – 75 kilo
Fərdi ölçülər razılaşma yolu ilə sifariş əsasında hazırlana bilər