Bütün şüşələr izolyasıyasızdır
SOLARLUX SL25 markalı çevirmə-sürmə sistemləri külək, səs və yağıntılardan müdafiəni təmin edir. Pəncərə yerini 90%-a kimi şüşələmək mümkündür. Bu sistemin xüsusi qulluğa ehtiyacı yoxdur; həm də, o, sizi qeyri-mülayim hava şəraiti, yağış və tezliyi 17 desibelə kimi çatan səs dalğalarından qoruyacaqdır.
Texniki məlumat
- Çarxlar yuxarı istiqamətləndiricidə gizlədilmişdir
- Şaquli profilə malik olmayan şüşə qanadları maksimal şəffaflığı təmin edir
- Sistem həm içəri tərəfə, həm bayır tərəfə açıla bilir
- Sifarişçinin istəyindən asılı olaraq, açar mexanizminin quraşdırılması da mümkündür
- İkili üfüqi bənd diyircəkli dirəklər üzərində quraşdırılır. Onlar, şüşə qanadının asan hərəkətini təmin edirlər
- Bu tipli sistemlərdə kandar nəzərdə tutulmamışdır. Aşağı istiqamətləndirici döşəmə ilə eyni səviyyədə yerləşir
- Sistemin konfiqurasiyası özündə bir çox imkan ehtiva edir: belə ki, şüşə qanadları istənilən bucaq üzrə (900-dan 1800-ə kimi) çəkilə bilər
- SL 45 sistemi ilə uyğunlaşdırıla bilər (stasionar (hərəkətsiz) pəncərələr, çevrilib-açılan pəncərələr)
- Şüşələmə: qalınlığı 6 mm və ya 8 mm təşkil edən temperli şüşə
- Sifarişçinin istəyinə əsasən, havalandırma məqsədləri üçün pəncərələrin fiksajlanmış iki mərhələli açılmasını təmin etmək mümkündür
- Şüşə qanadının maksimal ölçüləri: 80 * 240 sm, 65 * 275 sm
- Şüşə qanadının maksimal çəkisi: 36 kilo
- Fərdi ölçülər razılaşma yolu ilə sifariş əsasında hazırlana bilər