Sinək torlarının quraşdırılmasını qeyri-mümkün edən pəncərə profillərinin xarici hissələrində işlənmiş döymə dəmir və jalüz kimi materiallar, Deluxe sistemlərini mütləq üstünlüyə sahib bir məhsul etmişdir. Bu da, həmin markalı torların çalışma mexanizminin tamamilə içəri ilə bağlı olması və çöldən hər hansı bir müdaxiləyə ehtiyac olmamasından ötəri gəlir.
Sistem quruluşca sadədir, qiyməti isə olduqca münasibdir. Məhsul 4 ədəd xüsusi profili plastikdən hazırlanmış künc dayaqların köməyi ilə çərçivə halına gətirməklə qurulur. Daha sonra, qurğuya sinək toru montaj edilir. "Tax-çıxar” məntiqi üzrə işlədiyindən, bu tipli torların havalandırma məqsədli pəncərələrdə istifadə olunması daha tövsiyə olunandır. Toru pəncərəyə taxıb çıxarmaq olduqca asandır; alt və üst fiksatorların sayəsində, torun yerindən oynaması və yaxud küləyin nəticəsində yerə düşməsi namümkündür.
Sistemin istifadə müddətini daha da uzun etmək üçün, tərkib hissələr yalnız yüksək keyfiyyətli xammaldan istehsal olunur.